Açıqlama
Quraşdırma, istifadə və xidmət göstərilməsində asanlığı ilə fərqlənən həddən artıq yığcam (730 х 400 х 299 mm) ölçüsü olan divar tipli qaz kombiləri. Geniş maye-kristal displey – istifadə edilməsində sadə və rahatdır, istər kombinin cari vəziyyətini, istərsə də müyyən edilmiş parametrləri fasiləsiz və dəqiq əks etdirir.
Qaz sistemi
- İsitmə və isti su təchizatı rejimlərində alovun fasiləsiz elektron modulyasiyası;
- Rəvan elektron yandırma;
- Qazanlar Azərbaycan ərazisinin təbii şəraitinə uyğunlaşdırılmışdır. Təbii qazın giriş təzyiqinin 5 mbar qədər azalması zamanı davamlı olaraq işləyirlər;
- Odluqda alovun ayırıcıları paslanmayan poladdan hazırlanmışdır;
- Havanın verilməsinin tənzimlənməsinin patentlənmiş sistemi (qapalı kamera ilə modellər);
- Maye qazla işləməsini təmin etmək üçün yenidən quraşdırması mümkündür.
Hidravlik sistem
- Kompozit materiallardan hidravlik qrup;
- Qaynar su axarının ötürücü boru sərfiyytaölçəni;
- Korroziyadan əlavə müdafiə üçün xüsusi tərkib ilə örtülmüş ilkin mis istilik mübadiləçisi;
- Paslanmayan poladdan ikinci lövhəşəkilli istilik mübadiləçisi;
- Elektrik servoötürücü ilə üç girişli klapan;
- Quraşdırılmış avtomatik su ayırıcısı ilə enerjiyə qənaət edən dövriyyə nasosu;
- Manometr;
- Avtomatik dövrələmə;
- Nasosun postsirkulyasiyası;
- Soyuq suyun girişində filtr;
- Qaynar su üçün xarici toplayıcı boylerin qoşulması imkanı;
- Günəş kollektorlarına qoşulma imkanı.
Temperatur nəzarəti
- İstilik sistemində temperaturun iki tənzimlənmə diapazonu: 30-85 оСvə 30-45 оС (“isti döşəmələr” rejimi);
- Quraşdırılmış havadan asılı avtomatlaşdırma (küçədəki temperatur ötürücüsünün qoşulması imkanı);
- İstilik və isti su təchizatı çevrəsində verilən temperaturun tənzimlənməsi və avtomatik saxlanması;
- Temperaturun rəqəmsal zaman təyin etmə cihazı;
- Otaq termostatı və proqramlaşdırılan vaxtı təyin etmə cihazının qoşulması imkanı;
- Nəzarət və təhlükəsizlik qurğuları;
- İstilik və isti su təchizatı konturlarında donmadan müdafiə sistemi.
Elektronözünü-diaqnostikasistemi;
- Dispetçirin uzaqdan idarəetmə vasitəsinə qazanın bloka salınması haqqında siqnalın çıxarılması imkanı;
- Alovaionlaşdırıcı nəzarət;
- Nasosun bloka salınma sistemi (hər 24 saatda avtomatik işə düşür);
- Üç girişli klapanın bloka salınmadan müdafiə sistemi (hər 24 saatda avtomatik olaraq işə düşür);
- İlkin istilik mübadiləçisində suyun həddindən artıq qızmasından müdafiə termostatı;
- Yanma məhsullarının təhlükəsiz şəkildə aradan qaldırılmasına nəzarət üçün dartıcı qüvvə cihazı (qapalı yanma kamerası ilə olan modellər üçün pnevmorele , açıq kamera ilə olan modellər üçün termostat);
- İstilik sistemində pressostat — su təzyiqi kifayət qədər olmadıqda işə düşür;
- İstilik çevrəsində qoruyucu klapan (3 atm.);
Texniki göstəriciləri | Istilik sistemi və isti su | ||
---|---|---|---|
ECO-4S | |||
Maksimum faydalı istilik gücü | кVT | 24 | |
Minimum faydalı istilik gücü | кVT | 9,3 | |
Maksimum istehlak istilik gücü | кVT | 25,8 | |
Minimum istehlak istilik gücü | кVT | 10,6 | |
Maksimum məhsuldarlıq (Faydalı iş əmsalı) | % | 92,9 | |
Tutum/genişləndirici çənin doldurulma təzyiqi | l/bar | 6/0,8 | |
Yanma kamerası | bağlı | ||
İST konturunda temperaturun tənzimlənməsi diapazonu | °С | 35-60 | |
ΔТ=25°С altında isti suyun məhsuldarlığı | l/dəq | 13,7 | |
İsti su təchizatı (İST) konturunda minimum su sərfiyyatı | l/dəq | 2 | |
İST konturunda maksimum təzyiq | bar | 8 | |
İST konturunda minimum təzyiq | bar | 0,15 | |
Bacanın diamteri | mm | – | |
Tüstü borularının diamteri (koaks./ayırıcı) | mm | 60-100/80 | |
Tüstü borularının maksimal uzunluğu (koaks./ayırıcı) | м | 5/30 | |
Təbii qazın nominal giriş təzyiqi | mbar | 13-20 | |
Enerji gücü /gərginlik | Vt/V | 130/230 | |
Qabarit ölçülər: | |||
– hündürlük | mm | 730 | 730 |
– en | mm | 400 | 400 |
– dərinlik | mm | 299 | 299 |
XALİS ÇƏKİ | kg | 30/33 | 26/29 |
Şərhlər
Hər hansı bir şərh edilməyib.