ЗАПРЕЩАЕТ ВАШИ ДЕТАЛИ?

РЕГИСТРАЦИЯ

WARM HOUSE OLARAQ EVİNİZƏ XOŞBƏXTLİK BƏXŞ EDİRİK

Məqsədimiz, Sizin istəklərinizi doğru analiz edib, uyğun və sərfəli təklifləri edən, öz sahəsində ehtiyac duyulan bir firma olmaqdır.

2001 › QURULDU
2001

Warm House fəaliyyətə başladı

İstilik sistemləri sektorunda satış və xidmət üzrə Bakı şəhərində fəaliyyətə başlayıb, sonra isə qazandığı təcrübə ilə bütün Azərbaycan daxilində bu sektorun irəlidə gedən firmalarından birinə çevrilmişdir. Warm House Türkiyə, İtalya, Polşa və digər avropa ölkələri ilə əməkdaşlıq edərək həmin ölkələrin istilik sistemləri sahəsində tanınmış firmaların istilik sistemlərinə aid bütün aksesuarlarının topdan və pərakəndə satışını təşkil etməkdədir. Biz Warm House olaraq yuxarıda adı çəkilən ölkələrin öndə gələn firmalarının rəsmi distribütoru olmağa haqq qazanmışıq və onları ölkəmizdə layiqincə təmsil edirik.

2007

Dərnəgül filialı

Hal-hazırda baş ofisimizin də yerləşdiyi Dərnəgül filialımız 2007-ci ildə Əhməd Rəcəbli 230 ünvanında fəaliyyətə başladı.

2008

8-ci KM Filialı

Bakı şəhəri, 8-ci km filialımız bu ildə Diqlas Ticarət Mərkəzi mağaza 45 ünvanında fəaliyyətə başladı.

2009

Sədərək filialı

Rayonlardan müraciət edənlərin rahatlığını düşünərək Sədərək Ticarət Mərkəzi, Təsərrüfat bazarı sıra 5, mağaza 6 ünvanında Sədərək filialımız fəaliyyətə başladı.

2017

BAXI Azərbaycan

Korporativləşmə prosesi ilə artıq yenilənmə mərhələsi başlandı. BAXI Azərbaycan olaraq daha da gücləndirilmiş fəaliyyətə başladıq.

HAL-HAZIRDA
TOP