Açıqlama
MAİN Four kombiləri şirkətin istehsal etdiyi qaz kombilərinin dördüncü nəslidir və MAİN Digit seriyasının davamçısı hesab olunur. MAİN Four kombiləri yığcam ölçüləri sayəsində (730 x 400 x 299 mm) məhdud məkanda, istənilən şəraitdə qurula bilər. Maye kristallar üzərində geniş displeyi və düyməli idarə sistemi olan yeni rəqəmsal idarəetmə paneli kombinin işinin yoxlanmasını asanlaşdırır: aydın və sadə simvollar sistemin bütün qüsurlarını göstərməyə imkan verir.
Qaz sistemi
- Alovun qızdırılma və isti su təchizatı rejimində fasiləsiz elektron modulyasiyası:
- Rahat elektron alışdırma;
- Kombilər Azərbaycan təbii şəraitinə uyğunlaşdırılmışdır. Təbii qazın giriş təzyiqinin 5 mbar-dək aşağı düşməsi zamanı davamlı işləyirlər;
- Odluğun alov parçalayıcısı paslanmayan poladdan hazırlanmışdır;
- Havanın verilməsinin tənzimlənməsi sistemi patentləşdirilmişdir;
- Maye qazla işləmək üçün yenidən qurulmaq imkanına malikdir.
Hidravlik sistem
- Bitermik istilik mübadiləsi;
- Avtomatik havaçəkənli, enerjiyə qənaət edən dövriyyə nasosu;
- Manometr;
- Avtomatik baypas;
- Soyuq suyun daxil olduğu yerdə süzgəc (filtr);
- Nasos postsirkulyasiyası.
Temperatur nəzarəti
- İstilik sistemində temperaturun tənzimlənməsi üçün iki diapazon – 35 – 80 o – 35 – 45 o ( “isti döşəmə rejimi”);
- Qurulmuş havadan asılılıq avtomatikası (küçə temperaturu ötürücünün qoşulması imkanı);
- Verilmiş temperaturun qızdırılma və isti su təchizatı konturlarında tənzimlənməsi və avtomatik saxlanması (NTS tipli qoyulma temperaturu ötürücülərin köməyi ilə);
- Temperaturun rəqəmsal indikasiyası;
- Yığcam termostatın və proqramlaşdırılan vaxtı təyin edən cihazın qoşulması imkanı.
Nəzarət və təhlükəsizlik qurğusu
- Düyməli idarəetməsi olan maye kristallar üzərində displey;
- Ərpin yaranmasından elektron müdafiə;
- Blokirovka haqqında siqnalın dispetçerin pultuna çıxarılması imkanı;
- Alovun mövcudluğu üzərində ionlaşdırılmış nəzarət;
- Nasosun bloklanmasından müdafiə sistemi (hər 24 saatda avtomatik olaraq işə düşür) ;
- Suyun istilik mübadiləsi sistemində qızmasının qarşısını alan qoruyucu termostat;
- Yanma məhsullarının təhlükəsiz çıxarılmasına nəzarət üçün dartı ötürücüsü;
- İstilik sistemində pressostat sistemi – suyun təzyiqi aşağı olduqda işləyir;
- İstilik konturunda qoruyucu klapan (3 atm) ;
- Donmaqdan qorunma sistemi.
Texniki göstəricilər | İstilik sistemi və isti su | |||
---|---|---|---|---|
MAIN Four18 F | MAIN Four240 F | MAIN Four24 | ||
Maksimal faydalı istilik gücü | kVt | 18 | 24 | 24 |
Minimal faydalı istilik gücü | kVt | 9,3 | 9,3 | 9,3 |
Sərf olunan maksimal istilik gücü | kVt | 19,4 | 25,8 | 26,3 |
Sərf olunan minimal istilik gücü | kVt | 10,6 | 10,6 | 10,6 |
Təbii/maye qazın maksimal sərfiyyatı | m3/s (kq/s) | 2,05 (1,50) | 2,73 (2,00) | 2,78 (2,04) |
Maksimal məhsuldarlıq | % | 92,9 | 92,9 | 90,6 |
30% gücdə məhsuldarlıq | % | 88 | 87,7 | 88 |
Genişləndirici çənin dolması həcmi/təzyiqi | l/bar | 6/0,8 | 6/0,8 | 6/0,8 |
Yanma kamerası | закр. | закр. | закр. | |
İsti su təchizatı konturunda temperaturun tənzimlənməsi diapazonu | oС | 35 – 55 | 35 – 55 | 35 – 55 |
Δt=25°C olduqda isti suyun məhsuldarlığı | l/dəq | 10,3 | 13,7 | 13,7 |
Δt=35°C olduqda isti suyun məhsuldarlığı | l/dəq | 7,4 | 9,8 | 9,8 |
QVS konturunda minimal sərfiyyat | l/dəq | 2 | 2 | 2 |
QVS konturunda maksimal sərfiyyat | bar | 8/0,15 | 8/0,15 | 8/0,15 |
Tüstü borusunun diametri | mm | – | – | 120 |
Tüstüçəkən borunun diametri (kaoks / ayrılmış) | mm | (60-100)/80 | (60-100)/80 | – |
Tüstüçəkən borunun maksimal uzunluğu (koaksş/ayrılmış) | m | 5/30 | 5/30 | – |
Təbii qazın nominal giriş təzyiqi | mbar | 13-20 | 13-20 | 13-20 |
Elektrik quvvəsi /Gərginlik | VT/V | 130/230 | 130/230 | 80/230 |
Ölçülər | ||||
– hündürlük | mm | 730 | 730 | 730 |
– en | mm | 400 | 400 | 400 |
– dərinlik | mm | 299 | 299 | 299 |
XALİS ÇƏKİ | kq | 29/32 | 31/34 | 27/30 |
Şərhlər
Hər hansı bir şərh edilməyib.