FORGOT YOUR DETAILS?

CREATE ACCOUNT

Haqqımızda

Firmamız Warm House adı altında 2001-ci ildə istilik sistemləri sektorunda satış və xidmət üzrə Bakı şəhərində fəaliyyətə başladı. Daha sonra isə qazandığı təcrübə ilə bütün Azərbaycan daxilində bu sektorun irəlidə gedən firmalarından birinə çevrilmişdir.

Warm House Türkiyə, İtalya, Polşa və digər avropa ölkələri ilə əməkdaşlıq edərək həmin ölkələrin istilik sistemləri sahəsində tanınmış firmaların istilik sistemlərinə aid bütün aksesuarlarının topdan və pərakəndə satışını təşkil edir.

Biz Warm House olaraq yuxarıda adı çəkilən ölkələrin öndə gələn firmalarının rəsmi distribütoru olmağa haqq qazanmışıq və onları ölkəmizdə layiqincə təmsil edirik.

Qüsursuz iş sistemi ilə satış sonrası, müştərilərimizi mərhələ-mərhələ izləyərək, yerində və zamanında xidmət anlayışı və dəqiqliyi ilə müştəri məmnuniyyətini hər zaman ön planda tutmuşuq. Warm House Evlərinizin və hündür mərtəbəli binaların həcminə görə istilik hesabatlarının aparılması, rütubət dərəcəsindən asılı olaraq istilik itkilərinin hesabatının aparılması, sistemin yığılması zamanı təcrübəli ustaların sizə yönləndirilməsi və bu kimi digər fəaliyyətləri ilə sizin xidmətinizdədir.

Missiyamız: Sizin istəklərinizi doğru analiz edib, uyğun və sərfəli təklifləri edən, müasir idarə etmə sistemini quraraq öz sahəsində ehtiyac duyulan brend bir firmaya çevrilməkdir.

Günümüzdə insanlarımızın öz evlərində istilik sisteminə üstünlük verməsi artıq bir dəb halından çıxıb zəruri bir ehtiyaca çevrilmişdir. Bununla əlaqədar olaraq artan bu tələbə yüksək səviyədə cavab verən firmalardan biriyik. Warm House bu anlayış ilə daim yenilənən istilik sistemləri sahəsində sizə xidmət verməkdən qürur duyur!

Bizi seçdiyiniz üçün sizə təşəkkür edirik.

TOP