FORGOT YOUR DETAILS?

CREATE ACCOUNT

SERVİS

Baxi Kombi Servis xidmət sahəsində göstərdiyi xidmətin səviyyəsinə görə günü gündən bu sahənin aparıcı gücü qüvvəsinə çevrilir. Baxi Servis olaraq öndə duran əsas məsələ Müştəri məmnuniyyətidir.
Yüksək təcrübəyə malik kombi ustalarımız hər zaman, günün 24 saatı sizə xidmət göstərməyə hazırdır.
Baxi Servis olaraq, Azərbaycanın bütün bölgələrində Baxi kombilərinə xidmət göstərməyə
qadirik. Bölgələrdə olan bu servis şəbəkəmiz ilə kombilərinizdəki nasazlıqları ən qısa zamanda həll etmək, işlək halda sizə təhvil vermək Baxi Servis olaraq bizim əsas hədəfimizdir.
Azərbaycanın bütün bölgələrində, bir zəng ilə sizin xidmətinizdəyik.

Uzun illər istifadə etməniz məqsədi ilə İtalyada istehsal olunan Baxi kombiləri, sizə xidmət üçün hazırlanmışdır. Bizdə Baxi Servis olaraq, kombilərdə baş verə biləcək nasazlıqları, geniş servis şəbəkəmiz ilə ən qısa zamanda həll edərək kombinizdən uzunmüddətli istifadə etmənizi təmin edirik.



BAXI FOURTECH, BAXI ECO4S, BAXI MAINFOUR
E1 Alovlanma yoxdur Qazın olmamağı, qaz valfının, ionozatorun işləməməsi
E2 Limit sensoru işə düşüb, qaynatma Qaynatma, dövriyyənin olmaması
E3 Hava prosestati işə düşüb, havalandırma Hava prosestatı işləmir, baca, fan motor
E4 Alov tez-tez sönür Alov tez-tez sönür
E5 Otopleniyanın NTC sensoru düzgün işləmir NTC sensoru ərb bağlayıb, kabeli qırılıb
E6 İsti suyun NTC sensoru düzgün işləmir NTC sensoru ərb bağlayıb, kabeli qırılıb
E10 Təzyiqin az olması Sistemdə suyun tezyiqinin az olması
E25/E26 Dövriyənin olmaması (nasos sönüb) Dövriyənin olmaması ,nasos bloka düşür
E35 Alovlanma səhvi (parazit alov) Alov düzgün yanmır, yanır sönür və s.
E96 Elektrik gərginliyinin az olması Elektrik gərginliyinin az olması
 

BAXI LUNA 3, BAXI LUNA3 COMFORT
E1 Qazın olmaması Qazın olmamağı, qaz valfının, ionozatorun işləməməsi
E2 Limit sensoru işə düşüb, qaynatma Qaynatma, dövriyyənin olmaması
E3 Hava prosestatı işə düşüb, havalandırma Hava prosestatı işləmir, baca, fan motor
E4 Alov tez-tez sönür Alov tez-tez sönür
E5 Otopleniyanın NTC sensoru düzgün işləmir NTC sensoru ərb bağlayıb, kabeli qırılıb
E6 İsti suyun NTC sensoru düzgün işləmir NTC sensoru ərb bağlayıb, kabeli qırılıb
E10 Təzyiqin az olması Sistemdə suyun təzyiqinin az olması
E11 2-ci dərəcəli limit sensorunun işə düşməsi (bu sensor olmaya bilər)
E25 Kombi maksimal temperaturu keçib Dövriyyənin olmaması, nasos bloka düşür
E35 Alovlanma səhvi (parazit alov) Alov düzgün yanmır, yanır sönür və s.
E96 Elektrik gərginliyinin az olması Elektrik gərginliyinin az olması
E97 Elektron platanın giriş siqnalının, təzyiqin dügün təyin olmaması Elektron platanın giriş siqnalının, təzyiqin dügün təyin olmaması
E98/E99 Elektron panel işləmir / Elektron plata işləmir Elektron panel işləmir / Elektron plata işləmir


  BAXI NUVOLLA COMFORT
E1 Alovlanma yoxdur Qazın olmamağı, qaz valfının, ionozatorun işləməməsi
E2 Limit sensoru işə düşüb, qaynatma Qaynatma, dövriyyənin olmaması
E3 Hava prosestati işə düşüb, havalandırma Hava prosestatı işləmir, baca, fan motor
E4 Alov tez-tez sönür Alov tez-tez sönür
E5 Otopleniyanın NTC sensoru düzgün işləmir NTC sensoru ərb bağlayıb, kabeli qırılıb
E6 İsti suyun NTC sensoru düzgün işləmir NTC sensoru ərb bağlayıb, kabeli qırılıb
E10 Təzyiqin az olması Sistemdə suyun tezyiqinin az olması
  Təzyiq sensorunun kabeli zədələnib Təzyiq sensorunun kabeli qırılıb
E25/E26 Dövriyənin olmaması Dövriyənin olmaması
  Ekranl, plata arasında informasiya ötürülməsində səhv Ekran ve plata arasında kabel qırılıb və s.
E35 Alovlanma səhvi (parazit alov) Alov düzgün yanmır, yanır sönür və s.
  Ekran nasazlığı Ekran (idarəetmə paneli işləmir)
E98/E99 Elektron plata xarab olub Elektron plata xarab olub
 


Qeyd və Şərtlər
  • Zəmanət müddəti malın təhvil verilmə tarixindən etibarən 1 (Bir) ildir.
  • Zəmanət müddəti ərzində cihazın kitabcasında göstərilmiş istifadə qaydasına uyğun olaraq istifadə edilməsi“Baxi servis” təyin etdiyi servis işçiləri xaricindəki şəxslər tərəfindən texniki baxış, təmir və bu kimi digər səbəblərdən müdaxilə edilməmiş olması və ilk işə salmanın “Baxi servis”in təyin etdiyi ustalar tərəfindən həyata keçirilməsi şərtilə, cihazın bütün hissələri də daxil olmaqla, bütövlüklə firmamızın zəmanət dairəsindədir.
  • Cihazın zəmanət müddəti içində nasazlanması zamanı, təmirdə qaldığı müddət onun zəmanət müddətinə əlavə olunur. Cihazın təmir müddəti ən çox 20 iş günüdür. Bu müddət, cihazın məsul servisə müraciətin edildiyi gündən başlayır. İstehlakçının nasazlıq barəsində müraciəti ; telefon, fax, e-mail və bu kimi yollarla mümkündür. Cihazın nasazlığı 10 iş günü içində həll edilmədiyi təqdirdə firmamız, cihazın təmiri başlayana qədər, eyni göstəricilərə malik başqa bir malı istelakçının istifadəsinə təqdim etmək məcburiyyətindədir.
  • Nazaslığın aradan qaldırılması cihazın hal hazırkı olduğu yerdə və ya məsul servisin servis mərkəzində həyata keçirilə bilər. İstehlakçının bunu təsdiqləməsi şərtdir.
  • Cihaz Qaz tənzimləyicisi, Elektrik tənzimləyicisi və Su filteri ilə təmin olunmadıqda, baş verə biləcək nasazlıqlara “Baxi servis” məsuliyyət daşımır.
Zəmanət müddəti malın təhvil verilmə tarixindən etibarən 2 (Bir) ildir. Aşağıdakı müəyyənləşdirilmiş qeydlər zəmanət dairəsi xaricindədir:
  • İlk işə salmanın “Baxi servis” tərəfindən edilməmiş cihazlarda meydana gələn nasazlıqlar.
  • Cihazın kitabcasında göstərilmiş işlətmə qaydasına zidd və məqsəddən kənar istifadədən meydana gələn nasazlıqlar.
  • Istehlakçının etmiş olduğu yanlış cihaz tipi, modeli, həcm seçimindən qaynaqlanan nasazlıqlar.
  • Yanlış yanacaqdan istifadədən qaynaqlanan nasazlıqlar.
  • Elektrik enerjisi səbəbindən və yanlış elektrik xəttlərinin çəkilişindən qaynaqlanan nasazlıqlar.
  • Donvurmadan, ildırım vurma və ərp tutma nəticəsində cihazda baş verən nasazlıqlar.
  • Cihaz istehlakçıya təhvil verildikdən sonra yükləmə və boşaltmadan, fiziki (vurma, cızılma, qırılma) və kimyəvi təsirlərdən qaynaqlanan nasazlıqlar.
  • “Baxi servis” in ustaları xaricindəki şəxslər tərəfindən texniki baxış, təmir və bu kimi digər səbəblərdən qaynaqlanan nasazlıqlar.
  • Zəmanətə alınmış cihazla birlikdə bir sistem içində istifadə olunan başqa bir məhsul və onun avadanlıqlarından dolayı cihazda qaynaqlanan nasazlıqlar.
  Cihazın ilk işə salındığı zaman servis tərəfindən verilən Texniki servis sənədi –Zəmanət sənədinin bir nüxsəsini özünüzdə saxlayın və itirməyin. Cihazın zəmanəti, zəmanət sənədində göstərilən müddət içində və yalnız cihazda meydana gələcək nasazlıqlar üçün ETİBARLIDIR. Zəmanət sənədində göstərilənlərin xaricində hər hansı bir haqq və təzminat tələb edilə bilməz!


Servis mərkəzimizdə usta və işçi heyətimizin daima təlim-tədris məsələləri ilə məşğul oluruq.
Modelin Kodu
Modelin Adı
Seriya No.
Quraşdırılma Tarixi
Ustanın S.A.A
Ustanın Tel. No :
Zəmanət talonun Ser.Nömrəsi
Zəmanət Verilmə Tarixi
Müştərinin S.A.A
Müştərinin Tel. No.
Qəbul Tarixi

TOP