Description
LUNA-3 SILVERSPACE kombiləri xüsusi olaraq açıq havada quraşdırılmaq üçün layihələndirilmişdir. Müvafiq texnologiyaları nəzərə almaqla işlənib hazırlanmış LUNA-3 SILVERSPACE kombiləri xarici havanın temperaturu mənfi 15°С qədər olduqda işləyə bilərlər.
Qaz sistemi
- İsitmə və isti su təchizatı rejimlərində alovun fasiləsiz elektron modulyasiyası;
- Rəvan elektron yandırma;
- Qazanlar Azərbaycan ərazisinin təbii şəraitinə uyğunlaşdırılmışdır. Təbii qazın giriş təzyiqinin 5 mbar qədər azalması zamanı davamlı olaraq işləyirlər;
- Odluqda alovun ayrıcıları paslanmayan poladdan hazırlanmışdır;
- Havanın verilməsinin tənzimlənməsinin patentlənmiş sistemi;
- Mayeləşdirilmiş qazla da işləyə bilməsi üçün yenidən quraşdırma mümkündür.
Hidravlik sistem
- Korroziyadan əlavə müdafiə üçün xüsusi tərkib ilə örtülmüş ilkin mis istilik mübadiləçisi;
- Paslanmayan poladdan ikinci lövhəşəkilli istilik mübadiləçisi;
- Üç girişli latun klapan (iki konturlu modellərdə);
- Quraşdırılmış avtomatik su ayrıcısı ilə enerjiyə qənaət edən və yüksək sürətli dövriyyə nasosu;
- Manometr;
- Avtomatik baypas;
- Nasosun postsirkulyasiyası;
- Soyuq suyun girişində filtr;
Temperatur nəzarəti
- Ətraf havanın temperaturu mənfi 15°С qədər olduqda işləmək imkanı;
- İstilik sistemində temperaturun iki tənzimlənmə diapazonu: 30-85 оС və 30-45 оС (“isti döşəmə” rejimi);
- İqlim tənzimləyicisi ilə distansion (uzaqdan) idarəetmə cihazı;
- Quraşdırılmış havadan asılı avtomatika (küçə temperaturu vericisinin qoşulması imkanı);
- İstilik və isti su təchizatı çevrəsində verilən temperaturun tənzimlənməsi və avtomatik dəstəklənməsi;
- Temperaturun elektron indikasiyası
- Temperaturun rəqəmsal indikasiyası;
Nəzarət və təhlükəsizlik qurğuları
- Elektron özünü-diaqnostika sistemi;
- Alovun olmasının ionizasiya nəzarəti;
- Nasosun bloka salınmasından müdafiə sistemi (hər 24 saatda avtomatik olaraq işə düşür);
- İlkin istilik mübadiləçisində suyun həddindən artıq qızmasından müdafiə termostatı;
- Yanma məhsullarının təhlükəsiz şəkildə aradan qaldırılmasına nəzarət üçün dartıcı qüvvə vericisi (qapalı yanma kamerası ilə olan modellər üçün pnevmorele, açıq kamera ilə olan modellər üçün termostat);
- İstilik sistemində pressostat — su təzyiqi kifayət qədər olmadıqda və ya nasosun bloka salınması zamanı işə düşür;
- İstilik çevrəsində qoruyucu klapan (3 atm.);
- İstilik və isti su təchizatı konturlarında donmadan müdafiə sistemi.
Texniki göstəriciləri | İstilik sistemi və isti su | ||
---|---|---|---|
LUNA-3 Silver Space 250Fi | LUNA-3 Silver Space 310Fi | ||
Maksimum faydalı istilik gücü | kVt | 31 | 24 |
Minimum faydalı istilik gücü | kVt | 10,4 | 9,3 |
Maksimum istehlak istilik gücü | kVt | 34,3 | 26,3 |
Minimum istehlak istilik gücü | kVt | 11,9 | 10,6 |
Təbii qazın maksimal sərfiyyatı | m3/saat (kq/saat) | 3,63 (2,67) | 2,78 (2,04) |
Maksimum məhsuldarlıq (Faydalı iş əmsalı) | % | 90,3 | 90,3 |
Güclülük 30% olduqda məhsuldarlıq | % | 88,0 | 88,0 |
Genişləndirmə çəni | l/bar | 8/0,5 | 8/0,5 |
Yanma kamerası | закр. | закр. | |
İST çevrəsində temperaturun tənzimlənməsi diapazonu | °С | 35-65 | 35-65 |
ΔТ=25°С altında isti suyun məhsuldarlığı | l/dəq | 18,0 | 13,7 |
İsti su təchizatı (İST) çevrəsində minimum su sərfiyyatı | l/dəq | 2,5 | 2,5 |
İST çevrəsində maksimum təzyiq | bar | 8 | 8 |
İST çevrəsində minimum təzyiq | bar | 0,2 | 0,2 |
Tüstü borularının diamteri (koaks./ayırıcı) | mm | 60-100/80 | 60-100/80 |
Tüstü borularının maksimal uzunluğu | m | 4/25 | 5/40 |
Təbii qazın nominal giriş təzyiqi (metan G20) | mbar | 20 | 20 |
Enerji gücü /gərginlik | Vt/V | 190/230 | 170/230 |
Qabarit ölçülər: | |||
– hündürlük | mm | 830 | 830 |
– en | mm | 550 | 550 |
– dərinlik | mm | 250 | 250 |
XALİS ÇƏKİ | kq | 42 | 41,5 |
Reviews
There are no reviews yet.